İtkin düşən qız 9 ay sonra müəlliminin evində tapıldı

1789388970_9-aydir-aranan-kiz-cocugu-eski-ogretmeninin-20236222_6415_amp

ABŞ-nin Ohayo ştatında 9 aydır itkin düşən qız keçmiş müəlliminin evində tapılıb.

 17 yaşlı qız keçmiş müəllimi Jobe Binkleynin evində sağ vəziyyətdə aşkarlanıb.

Məlumata görə, ailəsi qızın iki il əvvəl məktəbdə tanış olduğu keçmiş müəllimin yanında ola biləcəyindən şübhələndiklərini və polisə dəfələrlə həmin ünvanın yoxlanılmasını istədiklərini bildirib. Onların iddiasına görə, müəllim yeniyetməni manipulyasiya edib.

48 yaşlı Jobe Binkley saxlanılıb və ona qarşı qəyyumluq hüququna müdaxilə ittihamı irəli sürülüb.

Daha sonra müəllim ittihamları qəbul etməyərək özünü təqsirsiz hesab etdiyini bildirib.

Məlumata görə, qız daha əvvəl də evdən qaçaraq həmin müəllimin yanına gedib.