Nazir: “Bəzi ixtisaslarda 3 illik təhsil mümkündür”

1789390490_1782804012.1727078309_emin-emrullayev-ela_1725670383

Üç illik təhsil məsələsi bəzi ixtisaslarda mümkündür.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bütün ixtisaslarsa tədris ilinin azaldılması müzakirə predmeti deyil:” Burada iki məsələ nəzərə alınmalıdır: Biri məzunun yaşı məsələsi. Tutaq ki, bizim indi şagirdlərimiz 6 yaşında məktəbə gəlir, 11 il oxuyur, təxminən 16-17 yaşlarında məzun olurlar.

​Və 4 il universitet oxuyurlar, 20-21 yaşlarında isə hüquqşünas olurlar. Yəni məncə bunu da düşünmək lazımdır ki, məsələn 19 yaşında adam, 20 yaşında adam hüquqşünas ola bilərmi, yoxsa hüquqşünas olmaq üçün biraz daha çox vaxt lazımdır…

​Elə ixtisaslar var ki, məsələn, turizmin təşkili, məncə, onun üçün 3 il oxumaq olar. Yəni məndən soruşursansa, bunu mütəxəssislər və ayrı-ayrı sahə ekspertləri müəyyən eləməlidirlər ki, ixtisas hər hansısa məmurun və yaxud da hər hansısa siyasətçinin rəyi əsasında yox, həmin əmək bazarında olan mütəxəssislərin rəyi əsasında formalaşmalıdır.

Bunlar müzakirə olunmalıdır və bu müzakirələri, yenə deyirəm, tənzimləyici qurum olaraq Elm və Təhsil Nazirliyi ilə yanaşı, əsasən ixtisas adamları etməlidir. Onlar deməlidir ki, məsələn, inşaat mühəndisini hazırlamaq üçün 3 il olmaz, bu 4 il olmalıdır, misal üçün, hətta 5 il olmalıdır. Turizm mütəxəssisini 3 ilə hazırlaya bilərsiz”.

Nazirin sözlərinə görə, Azərbaycanda 12 illik tədris nəzərdə tutulmur.