64 yaşlı qadın 11 gün sonra SAĞ tapıldı

1788610912_1788609235_5251610956008202485-1

Nepalda 64 yaşlı qadın dağıdıcı daşqından 11 gün sonra xilas edilib.

Bu barədə “The Kathmandu Post” məlumat yayıb.

Məlumata görə, Çandika Şrestha Bidur bələdiyyəsində yerləşən dördmərtəbəli binanın yuxarı mərtəbəsində köməksiz vəziyyətdə qalıb. Binanı su basdıqdan sonra qadın evin yuxarı mərtəbəsinə sığınıb və 11 gün ərzində orada qalıb.

Çandika Şresthanı Nepal ordusunun hərbçilərindən ibarət qrup aşkarlayaraq xilas edib.

Qeyd edək ki, Nepalda şiddətli daşqınlar nəticəsində ölənlərin sayının 1344-ə çatdığı bildirilir.