Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram

1789222301_untitled-1-1789221592117635832-1

Bu, Şuşaya üçüncü səfərimdir, bundan əvvəl Xankəndidə də olmuşam. Hər dəfə buraya gələndə hər iki şəhərdə böyük dəyişikliklərin şahidi oluram.

Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao AZƏRTAC-a müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Xankəndinin, Şuşanın və bölgənin digər şəhərlərinin inkişaf dinamikası nikbinlik doğurur.

“Ümid edirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Xankəndi, Şuşa və regionun digər şəhərləri daha da inkişaf edəcək”, – deyə Din Tao qeyd edib.