Ağdam rayonunda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata əsasən, qadın qarışqaların məhv edilməsi üçün istifadə olunan dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.