Milli Qəhrəman Natiq Qasımovun anası vəfat edib
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun xanım dünyasını dəyişib. O, 83 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Dursun Qasımova övlad itkisi kimi ağır bir dərdi yaşasa da, övladının qəhrəmanlığı ilə daim qürur duyurdu. O, cəmiyyət arasında nümunəvi ana kimi tanınırdı və daim şəhid ailələrinə mənəvi dəstək göstərirdi.
Mərhum sabah 28 İyul 2025-cu il də Gəncə şəhərində dəfn ediləcək.
Qeyd edək ki, Natiq Qasımov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ölkə başçısının sərəncamı ilə “Milli Qəhrəman” adına layiq görülüb.
Allah rəhmət eləsin.