Bu gün Anar İsmayılovun Doğum Günüdür

0
InShot_20250811_134434759

Mingəçevir şəhərinin tərəqqisi və gözəlləşdirilməsi yolunda mühüm töhfələr verən, dinamik, gənc və müasir idarəetmə tərzi ilə fərqlənən bələdiyyə sədri Anar İsmayılov şəhər sakinlərinin böyük rəğbətini qazanmışdır. Vətəndaşlarla yaxın təmasda olması, sosial problemlərə həssaslıqla yanaşması və şəhərin gələcəyi üçün həyata keçirdiyi layihələr onun peşəkarlığının bariz nümunəsidir.
Anar İsmayılovun rəhbərliyi altında Mingəçevirdə son illərdə abadlaşdırma işləri sürətlənmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, yaşıllıq zonaları genişləndirilmiş və sosialyönümlü təşəbbüslər gerçəkləşdirilmişdir. Bu işlər şəhərin çöhrəsini müsbətə doğru dəyişmiş və Mingəçeviri regionun öndə gedən şəhərlərindən birinə çevirmək yolunda mühüm addımlar atılmışdır.
Bu gün isə Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovun ad günüdür. Şəhər sakinləri, iş yoldaşları və onu tanıyan hər kəs bu xüsusi gün münasibətilə onu ürəkdən təbrik edir, uzun ömür, sağlamlıq, ailə səadəti və fəaliyyətində daha böyük nailiyyətlər diləyir.
Hörmətli Anar İsmayılov, ad gününüz mübarək olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir