MDU-da rekord nəticə – qəbul planı 97 faiz yerinə yetirildi

0
17546394664889530543_1200x630

Mingəçevir Dövlət Universiteti (MDU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulunda tarixində rekord nəticə əldə edib. Bu barədə universitetin rektoru Anar Eminov öz rəsmi “Facebook” səhifəsində məlumat paylaşıb.

Rektorun sözlərinə görə, cari ilin qəbul göstəriciləri MDU-nun yüksələn nüfuzundan və son illərdə aparılan islahatların səmərəsindən xəbər verir. Belə ki, universitetə qəbul olmuş tələbələrin sayı ümumi qəbul planının 97 faizini təşkil edib.

Anar Eminov bildirib ki, xüsusilə II və III ixtisas qrupları üzrə plan yerləri tam olaraq 100 faiz dolub. Bu isə universitetin tədris imkanlarına, təhsil keyfiyyətinə və tələbələr arasında artan marağa bariz nümunədir.

“Bu uğur münasibətilə Mingəçevir Dövlət Universitetinin kollektivini və yeni qəbul olunmuş tələbələri səmimi qəlbdən təbrik edirəm”, – deyə rektor vurğulayıb.

Qeyd edək ki, son illər MDU-da tədrisin keyfiyyətinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir təhsil mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məhz bu səbəbdən universitet region gənclərinin əsas seçim mərkəzlərindən birinə çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir