Natiq Qasımovun ruhuna sayğı – park yenidən qurulur

0
InShot_20250808_103951173

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına parkın yenidən qurulması işlərinə başlanılmışdır.


Mingəçevir şəhər İcra Hakimiyyətinin 2025-ci ilin tədbirlər planına uyğun olaraq şəhərimizin müxtəlif ərazilərində abadlıq-quruculuq və əsaslı təmir işləri davam etdirilir.

Hazırlanmış layihələrə əsasən bir çox çoxmənzilli binaların ümumu istifadə yerlərinin suvanması və rənglənməsi, binaların fasad hissələrinin rənglənməsi, əraziləridə asfaltlanma işlərinin aparılması, işıqlanma nöqtələrinin yaradılması, sakinlərin istirahəti üçün oturacaq və kölgəliklərin yerləşdirilməsi, uşaq və gənclər üçün idman meydançalarının yaradılması, idman qurğularının yerləşdirilməsi işləri həyata keçirilir.


Bu günlərdə energetiklər yaşayış massivində Mənzil Kommunal Təsərrüfatı Kombinatının işçiləri tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına parkın yenidən qurulması işlərinə başlanılmışdır. Burada gözəl şərait yaradılacaq, yaşıllıq zolaqları genişlənəcək, yeni ağac tingləri və gül kolları əkiləcək, Milli Qəhrəmanın xatirəsinə ehtiram əlaməti olaraq digər işlər də həyata keçiriləcəkdir. Bu il yanvar ayının 2-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, şəhər rəsmilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəhrəmanın ad günü münasibəti ilə yaşadığı Naxçıvan küçəsində Natiq Qasımovun barelyefi və xatirə bulağının açılış mərasimi keçirilmişdir.
Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir