Nazirlər Kabineti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tərkibi yenilənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Baş nazirin müavini Teymur Musayev komissiyanın sədri təyin olunub. Əvvəllər komissiyanın sədri Baş nazirin keçmiş müavini Əli Əhmədov (hazırda Milli Məclis sədrinin birinci müavini) idi.
Qeyd edək ki, T.Musayev oktyabrın 19-da səhiyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin olunub. O, 2022-ci ilin yanvar ayından səhiyyə naziri vəzifəsini tuturdu.
