Yaponiyanın Kioto prefekturasında yerləşən quşçuluq fermasında quş qripi yayılması aşkarlanıb.

Fermada olan 200 min toyuğun məhv ediləcəyi bildirilib.

Karantinə alınan fermadan 10 kilometr radiusda yerləşən əraziyə hərəkət məhdudiyyəti tətbiq edilib. Həmçinin müəssisənin 3 kilometr radiusunda yerləşən fermalardan toyuq və yumurta daşınması profilaktik məqsədlə dayandırılıb.

Kioto prefekturasının qubernatoru epidemiyaya qarşı bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Həmidə İbrahimova