Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev dəfn olunub.

Mərhum doğulduğu Lerik rayonunun Çayrud kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Moskvada vəfat edən aktyorun nəşi bu gün səhər saatlarında Azərbaycana gətirilib.

 

 

***

09:27

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi və Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.

Bu barədə  Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova deyib.

O bildirib ki, aktyor Lerik rayonunun Çayrud kəndində dəfn olunacaq.

Qeyd edək ki, 70 yaşlı aktyor Aslan Fətullayev Moskvada vəfat edib. Yaxınlarının bildirdiyinə görə, o, bir müddət əvvəl Moskvada bağırsağından əməliyyat olunub.