Su altında qalacaq şəhərlərin adı açıqlandı – Siyahıda İstanbul da var
Araşdırmaya görə, dəniz səviyyəsinin yüksəlməsi və daşqınların artması nəticəsində qarşıdakı əsrdə dünyanın müxtəlif bölgələrində yerləşən bir sıra sahilyanı şəhərlər ciddi təhlükə ilə üzləşə bilər.
“Swiftest” şirkətinin həmtəsisçisi Metyu H. Neş tərəfindən hazırlanan hesabatda şəhərlər sahil risklərinə görə sıralanıb. Qeyd olunub ki, bəzi şəhərlər sahil mühafizəsi ilə bağlı tədbirlər görsələr də, bir çoxu bu təhlükənin qarşısını almaq üçün yetərli addımlar atmır.
Hesabatın diqqət çəkən məqamlarından biri Türkiyənin iki böyük sahilyanı şəhəri olan İstanbul və İzmirin ilk onluqda yer almasıdır. Məlumata görə, İstanbul 5-ci, İzmir isə 6-cı sırada qərarlaşıb.
Risk altında olan 37 şəhər
1. Tokio (Yaponiya)
2. Mumbay (Hindistan)
3. Nyu-York (ABŞ)
4. Osaka (Yaponiya)
5. İstanbul (Türkiyə)
6. İzmir (Türkiyə)
7. Kolkata (Hindistan)
8. Banqkok (Tailand)
9. Cakarta (İndoneziya)
10. London (Böyük Britaniya)
11.Dəkkə (Banqladeş)
12. Ho Şi Min şəhəri (Vyetnam)
13. San-Fransisko (ABŞ)
14. Mayami (ABŞ)
15. İsgəndəriyyə (Misir)
16. Sidney (Avstraliya)
17. Boston (ABŞ)
18. Lissabon (Portuqaliya)
19. Dubay (BƏƏ)
20. Vankuver (Kanada)
21. Əbu-Dabi (BƏƏ)
22. Kopenhagen (Danimarka)
23. Nyu-Orlean (ABŞ)
24. Dublin (İrlandiya)
25. Honolulu (ABŞ)
26. Amsterdam (Niderland)
27. Kankun (Meksika)
28. Venesiya (İtaliya)
29. Çarlston (ABŞ)
30. Makao (Çin)
31. Male (Maldiv adaları)
32. Lonq-Biç (ABŞ)
33. Savanna (ABŞ)
34. Nassau (Baham adaları)
35. Punta-Kana (Dominikan Respublikası)
36. Ki-Uest (ABŞ)
37. Kokbern-Taun (Türks və Kaykos adaları)
