Sentyabrın 15-də Bakı metropolitenindən 605 081 sərnişin istifadə edib.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, ötən ayın ən yüksək göstəricisi 548 751 sərnişin olub. Beləliklə, dərs ilinin ilk günü qeydə alınan göstərici avqust ayının pik günü ilə müqayisədə 9,3% çoxdur