MİNGƏÇEVİRDƏ AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 150 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

0
IMG-20250722-WA0038

İyulun 22-də Mingəçevir şəhər İcra Hakimiyyətində Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Şəhərin mətbuat işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı üzrə şöbə müdiri Məhluqə Cavadova İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını və təbriklərini çatdıraraq milli mətbuatımızın yaranma tarixindən söz açdı. Həsən bəy Zərdabinin rəhbərliyi ilə işıq üzü görən “Əkinçi” qəzetinin o ilərdə xalqımızın maariflənməsi istiqamətində xidmətlərini diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin mətbuata və mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin qeyd olunmasını diqqətə çəkərək Mingəçevirin mətbuat tarixinə nəzər saldı. Şəhərin ictimai-iqtisadi həyatını əks etdirən, o cümlədən bir çox maraqlı məqalələri ilə çıxış edən mətbuat işçilərini əziz bayram münasibəti ilə təbrik edərək uğurlar arzuladı.

Tədbirdə çıxış edən “Mingəçevir “ qəzetinin müxbiri Mətanət Məmmədova, Azərbaycan Yazıçılar Bilrliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə, təqaüddə olan jurnalist Yusif Ələkbərov, təqaüddə olan dövlət qulluqçusu Rizvan Mikayıllı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, müstəqil jurnalist İnqilab Şirinli Milli Mətbuatımızın 150 illik yubileyi münasibəti ilə həmkarlarını, həmçinin ictimaiyyət nümayəndələrini təbrik etdilər. Qeyd olundu ki, bu bayram təkcə mətbuat işçilərinin deyil, xalqımızın milli bayramıdır, söz bayramıdır. Mətbuat tarixdir, salnamədir.

Ölkəmizin inkişaf tarixindən, mingəçevirli jurnalistlərin fəaliyyətindən, şəhərimizdə həyata keçirilən abadlıq quruculuq içlərinin mətbuat səhifələrində geniş işıqlandırılmasından bəhs edən jurnalistlər xatirələrini də dilə gətirdilər, xoş arzularını bildirdilər.


Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən jurnalistlərə xatirə hədiyyələri verildi.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir