Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi ilə bağlı yayılan yalan məlumatlara cavab olaraq

0
InShot_20250731_235253320

Son günlər bəzi sosial şəbəkə profillərində – xüsusilə saxta hesablar vasitəsilə – Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan iddialar paylaşılır. Belə ki, yayılan məlumatlarda idarə əməkdaşlarının dövlət tərəfindən hər ay ödənilən maaşlarının artıq üç aydır ki, qrafik üzrə gecikdirildiyi bildirilir.

Rəsmi olaraq bildiririk ki, bu məlumatlar tamamilə əsassız və böhtan xarakterlidir. İdarədən aldığımız rəsmi məlumata əsasən, işçilərin əməkhaqları hər ayın 1-dən 5-nə qədər qrafik üzrə tam və vaxtında onların bank kartlarına köçürülür. Heç bir maaş gecikməsi qeydə alınmayıb.

Belə dezinformasiyalar məqsədli şəkildə görülən işlərə kölgə salmaq, cəmiyyət arasında süni narazılıq və çaşqınlıq yaratmaq məqsədi daşıyır. Bu kimi saxta və qərəzli paylaşımlar qanunvericiliklə də qadağandır və hüquqi məsuliyyət yaradır.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi olaraq, bütün vətəndaşları sosial şəbəkələrdə yayılan məlumatlara qarşı ayıq olmağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.

Abadlıq və quruculuq işləri geniş vüsət alıb

Son illər ərzində Mingəçevir şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq tədbirləri şəhərin simasını müasir və cazibədar görkəmə qovuşdurub. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair imzaladığı dövlət proqramları çərçivəsində Mingəçevirdə həyata keçirilən layihələr sakinlərin yaşayış keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Şəhərin müxtəlif ərazilərində yol infrastrukturunun yenilənməsi, piyada səkilərinin əsaslı təmiri, park və istirahət guşələrinin bərpası və ya yenidən salınması, ictimai binaların fasadlarının müasir üslubda abadlaşdırılması Mingəçevirə yeni nəfəs gətirib. Eyni zamanda, yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, zirzəmilərin və blokların təmiri də diqqətdən kənarda qalmayıb.

Mingəçevir Bulvarında aparılan yenidənqurma işləri isə şəhərin turizm potensialını daha da artırmaq məqsədi daşıyır. Bulvar boyunca müasir oturacaqlar, işıqlandırma sistemləri, idman qurğuları və uşaqlar üçün oyun meydançaları quraşdırılıb. Şəhərin mərkəzində yerləşən parkların ərazisində yaşıllıqlar artırılıb, müasir suvarma sistemləri tətbiq olunub.

Bundan əlavə, mövcud təhsil müəssisələrinin əsaslı təmiri gələcəyimiz olan uşaqlar üçün daha yaxşı təhsil və inkişaf şəraiti yaradır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və sakinlərin fəal iştirakı ilə həyata keçirilən bu abadlıq-quruculuq işləri şəhəri həm sosial, həm də iqtisadi baxımdan daha da inkişaf etdirmək məqsədi daşıyır. Görülən işlər Mingəçevirdə təkcə şəhərsalma baxımından deyil, eyni zamanda vətəndaş məmnuniyyətinin yüksəlməsi ilə də nəticələnməkdədir.

Bu gün Mingəçevir – təmiz küçələri, abad məhəllələri, müasir görkəmli tikililəri ilə Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir