Mingəçevir Sukanal İdarəsində kadr dəyişikliyi – Yeni şöbə rəisi təyin olundu

0
InShot_20250730_003338287

Mingəçevir şəhər Sukanal İdarəsində növbəti kadr dəyişikliyi baş verib. Belə ki, qurumun Abonentlərlə İş Şöbəsinə yeni rəis təyinatı olub.

Qeyd edək ki, bu vəzifəyə Babayev Emin Əli oğlu təyin edilib. O, 1982-ci ildə Gəncə şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Texnologiya Universitetinin məzunu olan Emin Babayev uzun illər su təsərrüfatı sahəsində çalışaraq özünü məsuliyyətli və peşəkar mütəxəssis kimi təsdiq edib.

2018-ci ildən etibarən Mingəçevir şəhər Sukanal İdarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərən Emin Babayev kollektiv arasında yüksək nüfuz qazanıb. Məhz onun bacarığı və işə peşəkar yanaşması rəhbərlik tərəfindən də yüksək qiymətləndirilib və nəticədə Abonentlərlə İş Şöbəsinə rəhbər təyin olunub.

İdarənin rəhbərliyi və əməkdaşları Emin Babayevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir