Milli Qəhrəman Natiq Qasımovun anası dəfn olundu – FOTOLAR
Milli Qəhrəman Natiq Qasımovun anası, 1942-ci il təvəllüdlü Dursun Qasımova bu gün son mənzilə yola salınıb. O, doğulduğu şəhərdə – Gəncədə yerləşən Səbiskar qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Dursun Qasımova iyulun 28-də Gəncə şəhərində vəfat edib.

Mərhumun vida və dəfn mərasimində millət vəkili Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhidin adını daşıyan Mingəçevir şəhər 4 saylı məktəbin kollektivi, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, qazilər, şəhid ailələri və digər rəsmi şəxslər iştirak ediblər.

Allah rəhmət eləsin!