Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq

1788612621_1788430457_1788295429_1788178377_1786604905_1785653215_putin

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır.

Sözügedən məlumatı Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov TASS agentliyinə açıqlamasında təsdiqləyib.

“Doğrudan da, Ukrayna tərəfindən bu cür məlumat verilmişdi. Rusiyanın dövlət rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı V.Putin bu gün gecəyarısından etibarən üç sutka ərzində Kiyevə zərbələrin endirilməməsini tapşırıb. Bu addım amerikalıların Kiyevdə həyata keçirəcəyi danışıqlara hazırlıq və onların icrası ilə əlaqədardır”, – deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Ukrayna mətbuatı sentyabrın 5-i gecə saatlarından sentyabrın 8-nə qədər Ukrayna Silahlı Qüvvələrində atəşkəs rejiminin tətbiq edildiyi barədə məlumat yaymışdı.