Fevralın 10-da Türkiyənin Ordu vilayətinin Ünye rayonunda çimərlikdə Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Sözügedən PUA xarici görünüşünə görə Rusiyada “Geran-2” kimi tanınan “Şahid” tipli kamikadze dronuna bənzəyir. Növbəti gün hadisə yerinə SAS xüsusi təyinatlı qrupu göndərilib. Qurumun məlumatına görə, PUA-nın tərkibində partlayıcı maddə olmayıb. Dron araşdırılması üçün Ünye polisinə təhvil verilib.

Bu növ insidentlər ötən ilin dekabrından etibarən tezləşib. Dekabrın 15-də Türkiyə hərbçiləri ölkənin hava məkanında, Qara dəniz üzərində “F-16” qırıcısı ilə naməlum pilotsuz aparatı vurublar. Müdafiə Nazirliyinin məlumatına görə, dronun idarəetmədən çıxdığı ehtimal edilir. Onun hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.

Dekabrın 19-da Türkiyə Daxili İşlər Nazirliyi “Orlan-10” tipli PUA-nın İstanbul yaxınlığındakı Kocaeli vilayətində qəzaya uğradığını bildirib.

Növbəti gün daha bir PUA Balıkesir vilayətində açıq sahədə tapılıb