Mingəçevir polis rəisinin operativ addımı təşəkkürlə qarşılandı
Şəhid ailəsinin müraciəti nəzarətə götürüldü: Mingəçevir polis rəisinin operativ addımı təşəkkürlə qarşılandı
Aprel döyüşlərində şəhid olan Mingəçevir şəhər sakini Rahim Tağıryevin ailəsi üzləşdikləri ciddi məsələ ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyevə müraciət edib.
Şəhid ailəsinin müraciəti polis rəisi tərəfindən diqqətlə qarşılanıb və məsələ dərhal nəzarətə götürülüb. Problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb və nəticədə ailənin üzləşdiyi çətinlik öz həllini tapıb.
Şəhid ailəsinin məsələsinin qısa müddətdə diqqətə alınması və problemin həlli üçün göstərilən münasibət ailə tərəfindən yüksək qiymətləndirilib.
Rahim Tahiryevin adına olan sosial şəbəkə hesabında ailə adından polis rəisinə təşəkkür mesajı paylaşılıb. Paylaşımda Ədalət müəllimin qəbul zamanı göstərdiyi münasibət xüsusi vurğulanıb:
“Bu yaxınlarda çox ciddi bir məsələ ilə bağlı polis rəisi Ədalət müəllimin qəbulunda oldum. Məni elə qarşıladı ki, deyiləndən də artıq gözəl insan olduğundan əmin oldum. Bir kəlmə söz işlətdi, o kəlməsi bütün cümlələrə əvəz idi. Təşəkkür edirəm sizə, Ədalət müəllim. Həqiqətən də adınız qədər də ədalətli cümlə idi. Allah razı olsun sizdən.”
Şəhid ailəsinin probleminin operativ şəkildə həll olunması bir daha göstərir ki, vətəndaş müraciətlərinə həssas yanaşma və xüsusilə şəhid ailələrinin qayğılarının diqqətdə saxlanılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd: Şəhid ailəsinin sosial şəbəkədə paylaşdığı təşəkkür mesajını sizə təqdim edirik.
