Suriya ordusu Fərat çayının qərb hissəsində hərbi əməliyyatlar keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Xəbərə görə, ordu qüvvələri Suriya Demokratik Qüvvələrinin (SDQ) yerləşdiyi Deyr-Hafir bölgəsini nəzarət altına alıblar. Suriya dövlət telekanalı “Əl-İxbariyyə” də hökumət qüvvələrinin ilk qrupunun Fərat çayının qeyd edilən bölgəsinə girdiyini açıqlayıb.