Mingəçevirlidə iş adamından daha bir ibrətamiz addım.
Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa birinciliyində uğur qazanan Mingəçevirli yeniyetmə boksçu Abbasəli Məmmədli və onun məşqçisi Fazil Ruşanovla bu uğurdan ruhlanaraq öz ibrətamiz ənənəsinə sadiq qalaraq “MRT İnşaat”ın rəhbərliyi başda Vüqar Qədimov olmaqla görüşüblər.

Görüş zamanı rəhbərliyin bütün üzvüləri idmançını təbrik edib,ona gələcək yarışlarda uğurlar diləyiblər. İdmançının bu uğuru “MRT İnşaat”komandasını çox qürurlandırıb. Onlar həmişə ehtiyacı olan və nəticə göstərən idmançılara dəstək olublar.Şəhərimizin fəxri sayılan “MRT İnşaat”komandası həmişə şəhid,qazi ailələrinin yanında olub,Vətən müharibəsi dövründə orduya göstərdiyi dəstək və vətənpərvərlik nümunəsi ilə seçiliblər.

Bu dəfə də öz vətənpərvərlik dəstəyini göstərən komanda idmançıya maddi dəstək və onun məşqçisinə hədiyyə təqdim ediblər.
Bu görüş yeniyetmə idmançının daha da ruhlandırıb. Abbasəli və Fazil Ruşanov onlara göstərilən bu diqqətə və dəstəyə görə minnətdarlıq bildiriblər.
Onu da qeyd edək ki, gələcəkdə bu ənənəyə başqa iş adamlarının da qoşulmasını arzulayırdıq.

Təqdirəlayiq addım olduğunu xüsusi qeyd etməyə gərək yoxdur. İmkanlı şəxslərin şəhərimizin idmançılarına bu cür həssas yanaşması gənc və yeniyetmələrdə gələcəyə dair xoş inam yaradır, komandanın faktiki üzvlərini həvəsləndirir desək yanılmarıq. Bu ibrətamiz addıma görə biz də “MRT İnşaat”komandasına işlərində uğurlar arzulayırıq və qürur duyuruq!
Esmira Hidayətova,Mingəçevir.