“İstisu” ilə bağlı iddialar əsassızdır – Su daim axır – VİDEO 

1788616860_istisu

Son günlər sosial şəbəkələrdə Kəlbəcər rayonunda yerləşən “İstisu” mineral su zavodunun yaxınlığındakı təbii su çıxışının bağlanması ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Görüntülərdə daha əvvəl suyun axdığı ərazidə borunun olmadığı göstərilib və mineral suyun əhalinin istifadəsinə qəsdən bağlandığı iddia edilib.

Lakin həqiqət isə tamamilə başqadır. Belə ki, sözügedən ərazidə suyun dayandırılması daimi xarakter daşımır. Zavodun yaxınlığındakı su çıxışında profilaktik və texniki işlər mütəmadi şəkildə aparılır. Su xəttinin borusu hər həftə müəyyən müddətə bağlanır, xətt və çıxış təmizlənir, zəruri profilaktik tədbirlər həyata keçirilir. Profilaktik işlər yekunlaşdıqdan sonra boru yenidən yerinə quraşdırılır və suyun axını bərpa olunur.

Sosial şəbəkələrdə yayılan görüntülərin də məhz belə texniki işlərin aparıldığı vaxta təsadüf etdiyi bildirilir.

Beləliklə, mineral su çıxışının tamamilə bağlanması və insanların sudan istifadəsinin qarşısının alınması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunur.

Məsələnin faktiki vəziyyətini əks etdirən görüntülər də mövcuddur. Kadrlardan görünür ki, ərazidə su xətti üzərində vaxtaşırı texniki və təmizlik işləri aparılır, bu müddətdə suyun axını müvəqqəti dayandırılır. İşlər başa çatdıqdan sonra isə boru yenidən quraşdırılır və suyun verilməsi bərpa olunur.

Məsələ ilə bağlı görüntüləri təqdim edirik: