Arif Babayevin dəfn yeri məlum oldu
Xalq artisti Arif Babayevin vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bunu Teleqraf-a Xalq artisti Mənsum İbrahimov bildirib.
Xalq artisti Arif Babayevin nəşi Təzə Pir məscidinə aparılıb.
Bu barədə Teleqraf-a onun oğlu Yaşar Babayev məlumat verib.
Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Arif Babayevin dəfn yeri məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, muğam ustası I Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub. O, iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. O, iyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına təxliyə olunub və bu gün səhər 6:30 radələrində vəfat edib.