Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində silsilə anım tədbirləri keçirilir.

Bu münasibətlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının kollektivi Ulu Öndərin Mingəçevir şəhərində ucaldılmış abidəsini ziyarət edib. Tədbir iştirakçıları abidə önünə gül dəstələri düzərək, Azərbaycan xalqının xilaskarı olan dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad ediblər.

Qeyd olunub ki, Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənib, dövlətçilik ənənələri formalaşıb və ölkəmiz inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün də uğurla davam etdirilir.

Anım mərasimində iştirak edən səhiyyə işçiləri dahi liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini xüsusi vurğulayaraq, onun zəngin dövlətçilik irsinin gələcək nəsillər üçün örnək olduğunu bildiriblər.

Xeberler.info