Bu səbəbdən qadın yalnız az miqdarda ayran və çörəklə qidalana bilir.
Aygülün sözlərinə görə, kifayət qədər qidalanmadığı üçün səhhəti zəifləyib və uşaqlarına qulluq etməkdə çətinlik çəkir. Hazırda anası və bacıları ona dəstək olur.
Qadın beş il ərzində müxtəlif xəstəxanalara müraciət edib, çoxsaylı müayinələrdən keçib. Həkimlər çölyak xəstəliyindən şübhələnsələr də, aparılan testlərin nəticələri mənfi olub. Qan analizləri, endoskopiya və kolonoskopiya müayinələri də problemin səbəbini üzə çıxarmayıb.
Aygül psixiatriya, daxili xəstəliklər və qastroenterologiya şöbələrinə də müraciət etdiyini, lakin dəqiq diaqnozun müəyyənləşdirilmədiyini deyib.
“5 ildir belə yaşamağa çalışıram. Sadəcə bir az ayran və çörək yeyə bilirəm. O da ayaqda qala bilmək və ölməmək üçün”, – deyə o bildirib.
İki övladının olduğunu xatırladan qadın zəiflik səbəbindən onlara əvvəlki kimi baxa bilmədiyini vurğulayıb. O, müalicə olunmaq və normal qidalanmaq üçün həkimlərdən kömək istəyib.
