Ankara Tehranın son raket hücumlarından sonra İran Suriya sərhədinə yaxın ərazidə Patriot Hava Hücumundan Müdafiə Sistemi yerləşdirir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə tam sadiqdir. Bölgəmizdəki son hadisələri nəzərə alaraq, sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır.
Milli səviyyədə gördüyü tədbirlərlə yanaşı, NATO hava və raketdən müdafiə tədbirləri də görüb. Bu çərçivədə hava məkanımızın qorunmasını dəstəkləmək üçün təyin olunmuş Patriot sistemi Malatyaya yerləşdirilir.
Müdafiə və təhlükəsizlik imkanlarını ən yüksək səviyyədə saxlayan ölkəmiz, NATO və müttəfiqlərimizlə əməkdaşlıq, məsləhətləşmələrdəki inkişafları qiymətləndirməyə, regional sülh və sabitliyin təmin olunması üçün səy göstərəcək.
