İran Bəhreyndə binanı vurdu: Ölən və yaralananlar var

1773131693_screenshot_3

İran Bəhreynin paytaxtı Manamaya zərbə endirib.

 Bəhreyn Daxili İşlər Nazirliyi “X” hesabında İranın hücumu ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, İran paytaxt Manamada mülki yaşayış məntəqəsində yerləşən binanı hədəfə alıb və hücum nəticəsində 1 nəfər həyatını itirib.

Həyatını itirən şəxsin 29 yaşlı Bəhreyn vətəndaşı qadın olduğu qeyd olunub. Açıqlamaya görə, hücum zamanı 8 nəfər də yaralanıb.