Xanəndə və idmançı Pərviz Qasımov Türkiyədə olarkən məşhur aktyor Ali Sürmeli ilə görüşüb.

 İfaçı İstanbulda baş tutan görüşün bəzi məqamlarını sosial şəbəkədə yayımlayıb.

“Kurtlar Vadisi” ekran işində Zaza Dayı obrazını canlandıraraq yaddaşlarda qalan Ali Sürmeli ilə xanəndənin səmimi görüntüləri izləyicilərin diqqətini çəkib.

Paylaşım sosial mediada da maraqla qarşılanıb.