Hadisəni törədən Emil Məmmədzadə Astara Gənclər Evinin direktorudur.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Ağdaş rayonunun Pirəyir kəndi ərazisində baş verib.
E.Məmmədzadə idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub.
İşıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn “Mercedes” markalı avtomobil onun üzərindən keçib.
Velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.

