Bu barədə sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 6 aylıqdan 8 yaşadək uşaqların bir qismi üçün 2 doza vaksin tələb olunur:
“Bu, əsasən, əvvəllər qrip vaksini almamış, əvvəlki vaksinasiya dozaları kifayət etməyən və ya vaksinasiya tarixçəsi məlum olmayan uşaqlara aiddir. Belə hallarda dozalar arasında minimum 4 həftə interval saxlanılır. Əvvəlki vaksinasiya tarixçəsi müvafiq meyarlara uyğun olan uşaqlara isə cari mövsümdə 1 doza tətbiq olunur”.
TƏBİB-dən vurğulanıb ki, vaksinasiyanın doza sayı barədə qərar həkim tərəfindən uşağın vaksinasiya tarixçəsi, yaşı və istifadə olunan vaksin preparatının təsdiq edilmiş təlimatı, eləcə də müvafiq klinik tövsiyələr nəzərə alınmaqla verilir:
“Bu baxımdan, hər bir uşağa fərdi yanaşılması və vaksinasiya sxeminin düzgün müəyyən edilməsi vacibdir”.
Qeyd edək ki, 6 aylıqdan 8 yaşadək uşaqlara qrip peyvəndinin iki doza vurulması nəzərdə tutulduğu halda, bəzi poliklinikalarda bu say bir dozaya endirilib.
