Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.
Hadisə dünən saat 14 radələrində Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
