Eyni zamanda, mümkün yan təsirlər sırasında libidoun düşməsi və qaraciyərə düşən əlavə yük də yer alır. Nikitina vurğulayıb ki, preparatın bütün xüsusiyyətlərini qabaqcadan həkimlə müzakirə etmək lazımdır.
Psixoterapevt pasientlərə özbaşına müalicəyə başlamamağı, dozanı dəyişməməyi və ya kursu yarıda kəsməməyi tövsiyə edib. Antidepressantlarla müalicə adətən uzunmüddətli dövr üçün nəzərdə tutulur.
Əgər dərmanın qəbulu bir neçə həftədən sonra həkimlə məsləhətləşmədən dayandırılarsa, simptomlar geri qayıda və ya daha da kəskinləşə bilər.
Mütəxəssis həmçinin pasient üçün uyğun gələcəyi təqdirdə, psixoterapiya kimi alternativlərin də həkimlə dəyərləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
