5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər Komitəsi tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində və məktəbəqədər təhsil ocaqlarında müəllim və tərbiyəçilərlə görüşlər keçirilib.


Görüşlər Mingəçevir şəhər R.Qəhrəmanov adına tam orta ümumtəhsil məktəb, Mingəçevir şəhər “Lalə”körpələr evi uşaq bağçası, Mingəçevir şəhər liseyində keçirilib.
Görüşlər zamanı müəllim və tərbiyəçilər peşə bayramları münasibətilə təbrik olunub, onların təhsilin inkişafına və gələcək nəslin yetişdirilməsinə verdikləri töhfələr yüksək qiymətləndirilib.


Uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə görə Mingəçevir şəhər R.Qəhrəmanov adına tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Məmmədəliyeva Günel,Mingəçevir şəhər “Lalə”körpələr evi uşaq bağçasının tərbiyəçi müəllimi Məsimova Rəna,Mingəçevir TRHFT lisein UBR Əliyeva İlahə müəlliməyə fəxri fərman təqdim ediblər.


Təhsil işçilərinə bayram münasibətilə hədiyyələr və gül dəstələri təqdim olunub.
Bütün müəllimlərimizi və tərbiyəçilərimizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir şəhər Komitəsi adından 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!

Esmira Hidayətova, Mingəçevir