Oktyabrın 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 16 m/s-yə çatır.