Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Qeyd edək ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayında istifadəyə verilib və elə həmin vaxtdan etibarən Ziyafət Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsində çalışırdı.