Bakıda bank əməkdaşı faciəvi şəkildə vəfat edib.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Məmmədov Yasən Tərxan oğlu futbol oynayan zaman qəfil ürəktutması nəticəsində dünyasını dəyişib.

Mərhum Şuşa şəhərindən keçmiş məcburi köçkündür və Bakı şəhərində müvəqqəti məskunlaşıb.

Ailəli olan Y.Məmmədovun iki azyaşlı övladı var. Atası Tərxan Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır.

Yasən Məmmədov Qurban Sadıqovun qaynı oğludur.