“Silahlı qüvvələrimizin nailiyyətləri sayəsində “nə müharibə, nə sülh” vəziyyətində qalmayacağıq. ABŞ-nin danışıqlar aparmaq və ya müharibə etmək istəməsi bizim üçün ümumiyyətlə vacib deyil”.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

O əlavə edib ki, əgər Vaşinqton İranın 7 şərtini qəbul edərsə, razılaşma yolu açıqdır:

“Lakin amerikalılar bu dəfə səhvə yol versələr, döyüş coğrafiyasını onların istək və iradəsi deyil, İran Silahlı Qüvvələrinin gücü və iradəsi müəyyən edəcək. Yeni müharibənin zərəri isə çoxlarına dəyəcək”.