Türkiyədə DƏHŞƏTLİ QƏZA: ölən və xəsarət alanlar var

1787411433_k5eevgupcneaix2azan1saxncfsgu4vdalv5ehro_1200

Türkiyənin Ordu vilayətində kənd təsərrüfatı işçilərini aparan nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində iki nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.