ABŞ prezidenti Donald Trampın iqtisadiyyat və yaşayış xərcləri üzrə reytinqi yeni bir minimuma düşüb.

Bu barədə “Newsweek” nəşri “Yahoo/YouGov”-un sorğusuna istinadla məlumat yayıb.

Prezidentin ümumi reytinqi 38%-dir. Bu rəqəm əvvəlki sorğudan dəyişməyib.

Lakin narazılıq nisbəti 59%-ə yüksəlib.

Onun iqtisadiyyat üzrə reytinqi mənfi 29-a düşüb. Bu, COVID-19 pandemiyası zamanı qeydə alınan səviyyə də daxil olmaqla, ən aşağı səviyyədir.

Yaşayış xərcləri ilə bağlı vəziyyət də pisləşib. Narazılıq 67%-ə çatıb, bəyənmə isə 26%-dir.

Nəşr qeyd edir ki, artan qiymətlər və iqtisadi gözləntilər 2026-cı il ara seçkiləri öncəsi Ağ Evə təzyiq göstərir.

İranla müharibənin gətirəcəyi mənfi xalların və tənqid selinin Trampın nüfuzunu daha da zədələyəcəyi gözlənilir.