Ramiz Mehdiyev hakim qarşısına çıxarılır – Oğlu və kürəkəni də TƏQSİRLƏNDİRİLİR?
Gununsesi.info xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.
Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, digər məlumata görə AXCP sədri Əli Kərlimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrılıb.
Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
