“Alyans” Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib. Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən axşam “”Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılaraq həbs edilib.
O, Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli maddələri ilə ittiham olunur.
Qeyd edək ki, vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun direktorudur.
