Neməti əldə etmək asandır, nemətin içində insan qalmaq isə hər kəsə nəsib olmur

InShot_20260908_085807341

Bəzi insanlar nemətə çatmağı bacarırlar. Amma əldə etdikləri nemətin içində insan olaraq qalmağı, sahib olduqlarını ehtiyacı olanlarla bölüşməyi, başqasının sevincini öz sevinci qədər dəyərli bilməyi hər kəs bacarmır.

Amma elə insanlar da var ki, onlar üçün sahib olduqları yalnız özlərinə aid deyil. Onlar qazandıqlarını paylaşmağın, ehtiyacı olanın yanında olmağın, xüsusilə də Vətən qarşısında borcunu canı ilə ödəmiş şəhid ailələrinə və qəhrəman qazilərimizə diqqət göstərməyin əsl insanlıq olduğunu yaxşı bilirlər.

Belə insanlardan biri də Vüsal Əlibəyli

Vüsal Əliyevin təşəbbüsü və Mingəçevir Şəhər Qazilər Birliyinin iştirakı ilə Mingəçevir şəhərindən olan 85 uşağa yeni tədris ili ərəfəsində məktəb ləvazimatları təqdim olunub. Tədbir Vüsal Əlibəylinin sahibi olduğu “Xarı bülbül” şadlıq sarayında keçirilib.

Tədbirdə iştirak edə bilməyən Vüsal Əlibəyli Vətən müharibəsində canını Vətən uğrunda fəda edən qəhrəman oğullarımızın övladlarına yeni tədris ilində uğurlar arzulayıb.

85 uşağa məktəb ləvazimatlarının verilməsini sadəcə bir yardım kimi qiymətləndirmək doğru olmaz. 85 uşaq — 85 ailə, 85 sevinc və kifayət qədər ciddi maliyyə yükü deməkdir. Bu işin arxasında həm maddi xərc, həm təşkilati zəhmət, həm də ən əsası, insanlara qarşı olan diqqət və məsuliyyət dayanır.

Bəzən böyük görünən işlər çoxsaylı insanlardan gələn kiçik addımların nəticəsidir. Bəzən isə bir insanın atdığı addım özü böyük məna daşıyır. Bu gün 85 uşağın yeni dərs ilinə daha rahat və sevincli başlamasına töhfə vermək də məhz belə addımlardandır.

Vüsal Əlibəyli xeyriyyə və sosial yönümlü təşəbbüsləri bununla məhdudlaşmır. O, uzun müddətdir ki, şəhid ailələrini və qazilərimizi diqqətdə saxlamağa, müxtəlif əlamətdar günlərdə onların yanında olmağa çalışır.

8 Mart — Beynəlxalq Qadınlar Günü də daxil olmaqla müxtəlif bayram və əlamətdar günlərdə şəhid ailələri diqqətdən kənarda qalmır. Vüsal Əlibəyli tərəfindən 27 Sentyabr — Anım Günü və 8 Noyabr — Zəfər Günü kimi Vətənimiz üçün xüsusi əhəmiyyət daşıyan tarixlərdə də şəhid ailələri və qazilər üçün ehsan süfrələri təşkil edilir, onlar dəvət olunaraq diqqət və ehtiram göstərilir.

Şadlıq sarayının sahibi olaraq Vüsal Əlibəyli bayram günlərində öz məkanında şəhid və qazi ailələrini bir araya gətirməsi, onlar üçün xüsusi tədbirlər təşkil etməsi də bu diqqətin davamlı xarakter daşıdığını göstərir.

Əslində, insanın böyüklüyü sahib olduğu ilə deyil, sahib olduqlarından nə qədərini başqaları ilə bölüşə bilməsi ilə ölçülür.

Vüsal Əlibəylinin fəaliyyətində diqqət çəkən məqamlardan biri də budur ki, onun yardım və dəstəyi yalnız şəhid ailələri və qazilərlə məhdudlaşmır. Mingəçevir sakinlərinin, şəhər vətəndaşlarının müxtəlif müraciətlərinə də imkanları daxilində diqqətlə yanaşır, onların problemlərinin həllinə kömək göstərməyə çalışır.

Çünki xeyirxahlıq yalnız müəyyən bir günə, müəyyən bir tədbirə və ya müəyyən bir qrupa münasibət deyil. Xeyirxahlıq insanın xarakteridir.

Bu baxımdan 85 uşağa məktəb ləvazimatlarının təqdim edilməsi də yalnız bir tədbir deyil. Bu, Vətən uğrunda canından keçən qəhrəmanların övladlarına göstərilən diqqətin, ehtiramın və mənəvi borcun ifadəsidir.

Nemət əldə etmək bəlkə də mümkündür. Amma nemətin içində insan olaraq qalmaq hər kəsin bacardığı iş deyil.

Vüsal Əlibəyli isə sahib olduqlarını insanlarla bölüşməyi, ehtiyacı olanın yanında olmağı və ən əsası, nemətin içində insan qalmağı bacaran insanlardan biridir.

85 uşağın sevincinə səbəb olmaq isə heç də kiçik iş deyil.

Bəzən bir məktəb çantasının, bir dəftərin, bir qələmin arxasında böyük bir diqqət dayanır. Və bəzən bir uşağın üzündə yaranan təbəssüm edilən bütün xərclərdən daha qiymətli olur.

Bu gün 85 uşağın üzündə həmin təbəssüm var.

Esmira Hidayətova, Mingəçevir