Mingəçevir Tibb Kollecində təşkil olunan görüşdə İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, şəhər bələdiyyəsinin, idarə və müəssisələrin rəhbər və nümayəndələri, müxtəlif ərazilərdən gələn sakinlər, eləcə də media təmsilçiləri iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan şəhər rəhbəri ölkə Prezidenti in tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, şəhərin inkişafına yönəlmiş layihələr, eləcə də əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və Mingəçevir şəhərində də abadlıq-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Həmçinin yeni iş yerlərinin yaradılması və sakinlərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin diqqət mərkəzində olduğu vurğulanıb.

Daha sonra çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq və sosial yönümlü layihələri müsbət qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Görüş zamanı yaşayış massivinə verilən isti su xəttindəki boruların nasaz vəziyyətdə olması səbəbindən tez-tez qəzaların baş verməsi, yataqxananın zirzəmisində yaranan rütubət problemi, mənzillərin sənədləşdirilməsi, sel-su kanalının təmizlənməsi, işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərlə bağlı aidiyyəti qurum rəhbərlərinin məlumatları dinlənilib və sakinləri maraqlandıran suallar cavablandırılıb.

Səsləndirilən bütün müraciətlərin nəzarətə götürüldüyünü bildirən şəhər rəhbəri aidiyyəti qurumların məsul şəxslərinə qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və operativ həllinin təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.



Esmira Hidayətova, Mingəçevir
