Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı vəzifəsində çalışan Elşən Əliyevin doğum günüdür.
Qeyd edək ki, Elşən Əliyev uzun illərdir dövlət qulluğunda səmərəli fəaliyyəti, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsi və ictimai-siyasi, eləcə də humanitar sahədə gördüyü işlərlə seçilir.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncama əsasən, Elşən Əliyev dövlət qulluğunda göstərdiyi nümunəvi xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Elşən Əliyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
