Bu barədə kardioloq Xose Abellan “The Wild Project” podkastında danışıb.
Onun sözlərinə görə, şəkərli içkilər şəkərli diabetin yaranmasına səbəb ola bilər. Diabet isə öz növbəsində xərçəng və ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktorlarından biridir.
“Ultraemal olunmuş qidalar bizi getdikcə daha çox xəstələndirir. Bu məhsulların tərkibində zərərli maddələr, çoxlu duz, sadə şəkərlər və müxtəlif əlavələr var. Eyni zamanda, onların tərkibində maqnezium, minerallar və omeqa-3 yağ turşuları kimi faydalı maddələr az olur”, – həkim bildirib.
Mütəxəssis vurğulayıb ki, bu cür qidalar orqanizmdə xroniki iltihaba, damar və arteriyalarda problemlərə, ürək xəstəliklərinə, həmçinin artıq piylənməyə səbəb ola bilər. Onun sözlərinə görə, ultraemal olunmuş məhsullar beyin fəaliyyətinə və emosional sağlamlığa da mənfi təsir göstərir.
O, şirniyyatların əvəzinə tərkibində kakao nisbəti 85 faizdən çox olan tünd şokoladın istehlakını tövsiyə edib. Həkim bildirib ki, belə şokolad faydalı antioksidantlarla zəngindir.
