Hakim Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyası üzvlərinin tərkibi azaldılıb.
Komissiya üzvlərinin sayı 13-dən 11-ə endirilib.
Köhnə heyətdən üç nəfər – Təftiş Komissiyasının sədri, deputat Sevinc Hüseynova, deputat Nizami Səfərov və sabiq deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, məşhur YAP-çı Musa Musayev yeni tərkibdə yer almayıblar.
Milli Məclisin deputatı Samir Vəliyev YAP Təftiş Komissiyasının yeni üzvü seçilib.
