Yəmən üsyançı hərəkatının Ənsar Allah təşkilatından olan husilər Səudiyyə Ərəbistanı paytaxtının qərbindəki iki neft nasos stansiyasına pilotsuz təyyarələrlə hücumlar həyata keçiriblər.

 Bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri bildirib:

“Silahlı qüvvələrimiz iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı üç dron Ər-Riyadın qərbindəki Şərq-Qərb boru kəmərindəki 9 nömrəli nasos stansiyasına hücum edib. İkinci əməliyyat eyni boru kəmərindəki 8 nömrəli nasos stansiyasını hədəf alıb. Hücumlar nəticəsində obyektlərdə böyük yanğınlar baş verib”