Heydər Əliyev prospektində əsas yolun bir hissəsində asfalt örtüyü yenilənib

1777318199_heyder-eliyev-prospekti

Heydər Əliyev prospektində əsas yolun bir hissəsində asfalt örtüyü yenilənib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) məlumat yayıb.

“Rahat və təhlükəsiz hərəkətin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə Heydər Əliyev prospektində əsas yolun bir hissəsində asfalt örtüyü yenilənib. Vətəndaşların gündəlik həyatına minimum maneə yaratmaq məqsədilə təmir işləri gecə saatlarında aparılıb. Fasiləsiz çalışırıq ki, yolunuz açıq olsun!”, – məlumatda qeyd olunub.